Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-09-16
Beynəlxalq təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilir

Sentyabrın 9-10-da BMT-nin Vyana şəhərində yerləşən qərargahında İnterpol və Dünya Bankının

5-ci İllik Konfrans, sentyabrın 11-12-də isə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının Əmlakın Bərpası üzrə İşçi Qrupunun iclası keçirilmişdir. birgə təşkilatçılığı ilə 

100-dən artıq dövlətin ekspertlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə prokuroru Sahib İsmayılov təmsil etmişdir.

Tədbirlərdə müsadirə məqsədilə beynəlxalq əməkdaşlıq vasitəsilə əmlakın geri qaytarılması mexanizmləri, müsadirə edilmiş əmlakın dəyərinin qorunması və bu istiqamətdə istintaq sövdələşməsinin üstünlükləri, əmlakın bərpası üzrə əldə edilmiş nailiyyətlər, kibercinayətkarlığa qarşı mübarizə ilə əlaqədar məruzələr edilmiş, geniş müzakirələr aparılmışdır.