Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-09-16
Bakı şəhər prokurorluğunun məlumatı

Sentyabrın 15-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində hava ayrıcı qurğunun əsaslı təmiri zamanı baş vermiş partlayış nəticəsində həmin sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüş, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Baku Medical Plaza” klinikasına yerləşdirilmişlər.

Rayon prokurorluğunun əməkdaşları tərəfindən texniki-təhlükəsizlik üzrə ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.