Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-03-12
«Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

Xətai rayon məhkəməsinin «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmışdır. 

Müəyyən edilmişdir ki, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürmüş və atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınmışdır. Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45.0 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlanmış və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılmışdır. Bununla da dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. 

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.