Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-12-25
“Azərbaycan Prokurorluğu” elmi-praktik jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” jurnalının 2013-cü ildə üçüncü nömrəsi çapdan çıxmışdır.

Nəfis tərtibatla çap olunmuş jurnalın son nömrəsi iyul-sentyabr aylarını əhatə edir.

Jurnal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da sərt aparılacaq” sözləri ilə başlanır.

Jurnalın “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “Bizdən soruşurlar”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Kadrlarla iş”, “Normativ-hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar öz əksini tapmışdır.

Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə geniş yazı dərc edilmişdir.

Jurnalın “Rəsmi tədbirlər” bölməsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2013-cü ilin birinci yarısında görülmüş işlərə həsr olunmuş əməliyyat müşavirəsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilmiş müvafiq iclas, “Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılmasına diqqət artırılmaqda davam edir” və “Azərbaycan Prokurorluq orqanları ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay məhkəmələri arasında hüquqi sahədə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur” sərlövhəli yazılar yer almışdır.

“Təhlillər, təkliflər” bölməsində “Təqsirin və təqsirsizliyin prezumpsiyaları : dialektikadan praktiki nəticələrə” yazısı dərc olunmuşdur.
Ümumilikdə, nəşrdə Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, eləcə də bu qurumun beynəlxalq əlaqələri barədə də geniş yazılar və digər mövzularda məqalələr vardır.