Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-12-26
Azərbaycan Respublikası Baş Prokurorluğu 2014-cü ildə mal-materialların, inventarların, avadanlıqların satın alınması ilə əlaqədar açıq tender elan edir

Tender  7 (yeddi) lot üzrə keçirilir:

Lot – 1. Dəftərxana ləvazimatlarının satın alınması ;

Lot – 2. Təsərrüfat mallarının satın alınması ;

Lot – 3. Geyim formasının satın alınması ;

Lot – 4. Tikinti materiallarının satın alınması ;

Lot – 5. Katriclərin satın alınması ;

Lot – 6. Ofis və kabinet mebellərinin satın alınması ;

Lot – 7. Avadanlıqların satın alınması . 

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər. Malların təchiz olunma müddəti - il ərzində

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Bakı şəhəri, Nigar Rəfibəyli

küçəsi-7 ünvanından (Əlaqələndirici şəxs: Mikayılov İmran Mirzəağa oğlu, telefon:492-93-79) ala bilərlər,

Adı

Dövlət Xəzinədarlığı Agentliyi

Bankın adı

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu

210005

VÖEN

1401555071

Müxbir hesab

AZ11CTRE000000000003118570

SWIFT BİK

CTREAZ22

Hesab №

AZ11CTRE000000000003118570

Büdcə səviyyəsi kodu

7

Büdcə təsnifatı kodu

142340

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

tenderdə iştirak etməüçün yazılı müracət;

tenderdə iştirak haqqınıödənilməsi barədə bank sənədi;

tender təklifi (zərflərin açıldığı tarixdəən azı 30 bank günü qüvvədə olmalıdır);

tender təklifinin dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdəən azı 60 bank günü qüvvədə olmalıdır).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;

-      iddiaçının   son   bir  ildəki   fəaliyyəti   haqqında   vergi   orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-      iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-      İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-      müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 fevral  2014-cü il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 17 fevral 2014-cü il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş Prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 18 fevral 2014-cü il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI