Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-20
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatı
Paytaxtın Yasamal rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozmaqla bir nəfər piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən qaçmış sürücünün cinayət məsuliyyətinə cəlb olunması təmin edilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, fevralın 17-də saat 11:40 radələrində Mirsultanov Mirəli Mirnicat oğlu idarə etdiyi «İsuzu Ecobus» markalı 10-TG-022 dövlət qeydiyyat nişanlı avtomobillə M.Xiyabani küçəsində hərəkətdə olarkən yolu keçən piyada 1967-ci il təvəllüdlü Quliyeva Şəhla İbrahim qızını vurmuş və hadisə yerindən qaçmışdır. Zərərçəkmiş Ş.Quliyeva aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür.

Fakta görə  rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Mirəli Mirsultanov tutularaq istintaqa cəlb olunmuş və ona qeyd olunan maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.