Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-10-08
Vətəndaşların müraciətləri elektron qaydada cavablandırılacaqdır

Dövlət başçısının tövsiyələrinə  uyğun  olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilyanaşılaraq, ərizə və şikayətlərin baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.

Vətəndaşların prokurorluq orqanlarına müraciət etmək imkanlarının elektron vasitələrdən istifadə etməklə daha da asanlaşdırılması, daxil olmuş müraciətlərə verilən cavabın onlara operativ çatdırılmasının, müraciətə baxılması vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluğun veb-saytında Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılmışdır.

Prokurorluğa müraciət etmiş vətəndaşlar həmin xidmət vasitəsilə Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik olaraq göndərilmiş bildirişdəki  koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə edə biləcəklər.