Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-19
Bir qrup şəxsin dələduzluq cinayətləri ifşa edilmişdir
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin tikinti işləri üzrə direktoru vəzifəsində işləmiş Süleymanov Qüvvətəli  Hacıbaba oğlunun həmin vəzifədən çıxdıqdan sonra tanışı Xəlilov Rauf Nizami oğlu ilə qabaqcadan razılaşmaqla dələduzluq yolu ilə vətəndaş Verdiyev Qəmbər Yusif oğlunun külli miqdarda pulunu ələ keçirmələri faktları aşkar edilmişdi

Belə ki, Q.Süleymanov tanışı R.Xəlilovla əlbir olaraq cəmiyyətin Bakı şəhərində inşa etdiyi yaşayış binasından mənzil almaq istəyən Q.Verdiyevin etibarından sui-istifadə edərək sahəsi 217 kvadratmetr olan 4 otaqlı mənzil üçün 325 min 500 manata satılması barədə  saxta müqavilə bağlayıb pulun qəbul edilməsi barədə saxta maliyyə arayışı yazıb təqdim etməklə sonuncunun külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişlər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.