Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-10-17
Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir.

“RoyalBank” ASC-nin 5 saylı filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaq zamanı  “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramovun öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhər sakinini aldadıb guya bankda sonuncunun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirməsinə, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməsinə, bundan başqa filialın kredit mütəxəssisi Arif Hacıqurbanov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhər sakinin şəxsiyyət vəsiqəsinin surətindən və əmək haqqı barədə qanunsuz hazırladığı rəsmi sənəddən istifadə edərək sonuncunun adına 5 min 100 ABŞ dolları kredit rəsmləşdirərək xeyli miqdarda özgə əmlakını ələ keçirməsinə,  filialın xəzinədarı Rövşən Qasımov adına kredit rəsmiləşdirilmiş Bakı şəhər sakininin iştirakı olmadan kredit məbləğini  kredit mütəxəssisi Arif Hacıqurbanova verməsinə şübhələr üçün əsaslar olduğundan Natiq Bayramova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), Arif Hacıqurbanova 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), Rövşən Qasımova 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.