Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-10-17
Ağcəbədi rayonunda qətl törətmiş şəxs tutularaq istintaqa cəlb edilmişdir

Oktyabrın 8-dən 9-na keçən gecə Gəncə şəhər sakini Əliyeva Səltənət Mədət qızının Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində öldürülməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımov Aydın Əbülfəz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

İstintaq zamanı oktyabrın 8-də Aydın Qasımovun tanışı Səltənət Əliyeva ilə birlikdə öz qohumlarını ziyarət etmək məqsədi ilə Ağcabədi rayonunun, Pərioğlullar kəndində yaşayan dayısıgilə qonaq gedərkən saat 21 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun 8-ci kilometrliyində, rayonun Hacıbədəlli kəndi ərazisində yolun kənarında aralarında yaranmış mübahisə zəminində  Səltənət Əliyevanı əli ilə boğaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan A.Qasımov iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.