Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-10-18
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

13-15 oktyabr 2014-cü il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində  BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının İcraya Nəzarət Qrupunun 5-ci sessiyasının davamı keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə prokurorları Əmir Ocaqverdiyev və Heydər Məmmədov təmsil etmişlər.

Sessiya zamanı BMT-nin Korrupsiya əleyhinə Konvensiyası icmal prosesi çərçivəsində yaranan çətinliklər və müsbət təcrübələr barədə fikir mübadiləsi aparılmış, üzv dövlətlərin texniki yardım ehtiyacları müəyyənləşdirilmiş, Konvensiyanın icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə maliyyə və büdcələşmə məsələləri müzakirə edilmişdir.

Tədbirdə iştirak edən Əmir Ocaqverdiyev və Heydər Məmmədov sessiya iştirakçılarına Konvensiyanın tətbiqi ilə əlaqədar son dövrlərdə ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə  məlumat verərək onları maraqlandıran sualları cavablandırmışdırlar.