Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-13
Şəkidə odlu silahdan atəş açan şəxslər tutulmuşlar

Fevralın 10-da saat 20:45-də Şəki şəhərinin "Daşqaya" adlanan ərazisində naməlum şəxslərin odlu silahdan  atəş açmaları barədə şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Yalçın Əsgərzadə və əvvəllər məhkum edilmiş Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Şəfiyev müəyyən edilərək saxlanılmışlar.

Polis Şöbəsində Yalçın Əsgərzadənin idarə etdiyi "Toyota Land Cruser Prado" markalı avtomobilə baxış zamanı 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd patron darağı və 12 ədəd patron,  Anar Şəfiyevin idarə etdiyi "VAZ- 21154" markalı avtomobildən isə 4 ədəd tapança patronları aşkar olunaraq maddi sübut kimi götürülmüşdür.

Fakta görə Şəki şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.