Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-10-23
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olmuşdur

Oktyabrın 23-də Baş prokuror Zakir Qaralov Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Avropa Şurası və onun institutları ilə əməkdaşlığa böyük önəm verdiyini xüsusi vurğuyan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə  insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, insan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, həmçinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görülmüş konkret işlər barədə ətraflı məlumat vermişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Baş prokuror son illər ərzində prokurorluq orqanlarında bu sahədə həyata keçirilmiş islahatlar barəsində geniş məlumat vermişdir.

Avropa Şurası ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən N.Mujnieks bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filippoviç və digər rəsmi şəxslər iştirak edirdilər.