Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-13
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis idarəsinin birgə məlumatı

Paytaxtın Nizami rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmışdır.

Belə ki, fevralın 12-də saat 19:30 radələrində Bakı Metropoliteninin «Koroğlu» stansiyasının qarşısında 1989-cu il təvəllüdlü Məmmədov Fuad İlham oğlu idarə etdiyi «Mersedes Benz 180» markalı, «90-CV-823» dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolu keçən piyadalar - 1986-cı il təvəllüdlü Cavadova Gülxar Ələmdar qızı, onun bacısı, 1993-cü il təvəllüdlü Cavadova Ramilə Ələmdar qızı və sonuncunun qızı, 2008-ci il təvəllüdlü Məmmədova Gülçin Teymur qızını vurmuşdur. Baş vermiş hadisə nəticəsində G.Cavadova və G.Məmmədova ölmüş, digər zərərçəkmiş R.Cavadova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. 

Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır. 

Cinayətin törədilməsində şübhəli bilinən sürücü F.Məmmədov tutularaq istintaqa cəlb olunmuşdur. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.