Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-12
Sabunçu rayonunda qətlin üstü isti izlərlə açılmışdı

Sabunçu rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş vermiş qəsdən adamöldürmə cinayətinin isti izlərlə açılması təmin edilmişdir.

Belə ki, fevralın 9-da saat 19 radələrində Bakıxanov qəsəbəsində yerləşən «Bülbülə» gölünün yaxınlığındakı qamışlıq sahədə üzərində çoxsaylı xəsarətlər olan kişi meyiti aşkar edilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, dindirilmələr aparılmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, aşkar edilmiş kişi meyiti Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyev Yusif Yunus oğluna məxsus olmaqla, o, qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində xalası oğlu 1980-ci il təvəllüdlü Ələkbərov Qurban Lətif oğlu tərəfindən odlu silahla qətlə yetirilmiş və sonuncu hadisə yerindən qaçmışdır.

Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qurban Ələkbərov tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.