Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-12
Masallı rayonunda adam öldürməyə cəhd edən şəxs həbs edilmişdir
Fevralın 9-da saat 22:30 radələrində  Masallı rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Rzayev Etibar Aydın oğlu ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən qonşuluqda yaşayan qayınatası, 1963-cü il təvəllüdlü İbayev Novruz Rüstəm oğluna sonuncunun evində atəş açaraq onu öldürməyə cəhd etmişdir.

Daha sonra E.Rzayev rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf etmiş və cinayətin aləti olan ov tüfəngini təhvil vermişdir.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürülmüşdür.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.

E.Rzayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.