Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-12
Tovuz rayonunda baş vermiş intiharla əlaqədar cinayət işi başlanmışdır

Fevralın 8-də saat 12 radələrində Tovuz rayonunun Qaralar kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Kamil Həsən oğlu yaşadığı evdə tüfənglə atəş açaraq özünü öldürmüşdür.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və kompleks məhkəmə-tibbi-bioloji, tibbi-kriminalistik və ballistik ekspertizaları təyin edilmişdir.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.