Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-02-12
Təhlükəsizlik qaydalarının pozulması ölümlə nəticələnmişdir

Paytaxtın Xətai rayonu ərazisində aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə müşayiət olunan ehtiyatsızlıqdan baş vermiş ölüm hadisəsi qeydə alınmışdır.

Belə ki, 10 fevral 2013-cü il tarixdə saat 18 radələrində Xudu Məmmədov küçəsi 2942 «D» ünvanında «Stil» Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının on dördüncü mərtəbəsindən həmin MTK-da fəhlə işləyən 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Hadisə yerinə və meyitə Xətai rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb və təhlükəsizlik texnikası ekspertlərinin iştirakı ilə baxış keçirilmiş, zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda iş üzrə istintaq davam etdirilir.