Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-11-03
Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən şəxs həbs edilmişdir

Noyabrın 1-də saat 04 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Şükürov Fəqani Adil oğlunun tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə atəş açaraq öldürməsi və rayon Polis Şöbəsinə gəlib könüllü surətdə təslim olaraq cinayətin aləti olan tüfəngi təhvil verməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal F.Şükürovun yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, oradan istintaq üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, F.Şükürov qeyd edilən tarixdə saat 01 radələrində, yaşadığı evdə olarkən küçədən söyüş səsləri eşitdiyindən bayıra çıxaraq orada olan 5-6 nəfər tanımadığı şəxslərə irad tutduqda aralarında mübahisə yaranmışdır. Bundan sonra F.Şükürov həmin şəxsləri qorxutmaq məqsədilə özünə məxsus təklüləli ov tüfəngini evindən götürərək küçəyə çıxıb sakit olmalarını tələb etdikdə, həmin şəxslərdən Qurbanov Kamal Rafiq oğlu tüfəngi onun əlindən almaq istərkən atəş açılması nəticəsində döş nahiyəsindən xəsarət almışdır. F.Şükürov K.Qurbanovu özünə məxsus “NİVA” markalı avtomobillə xəstəxanaya aparakən sonuncu aldığı xəsarətlərdən yolda ölmüşdür.

F.Şükürov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.