Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-11-04
Cinayət işi məhkəməyə göndərilmişdir

Bakı şəhər sakinlərinin “Repair House” MMC-nin vəzifəli şəxsi Məhəmməd Alməmmədov tərəfindən onlara qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə müraciətlərinə dair toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaqla M.Alməmmədovun qulluq mövqeyindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakinlərini özünün biznes fəaliyyətinə şərik edəcəyini yalandan vəd verib onlardan ümumilikdə 218 min manat pulu alıb dələduzluq etməsində, bundan başqa ona müraciət etmiş paytaxt sakinlərinin mənzillərinin təmiri ilə əlaqədar podrat müqaviləsi bağlamaqla sonunculara məxsus ümumilikdə 137 min manat məbləğində vəsaiti mənimsəməsində, həmçinin sərhəd keçməsinə məhdudiyyət qoyulduğu halda törətdiyi cinayət əməlləri ilə əlaqədar məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda olmaqla qanunsuz olaraq keçməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham elan edilmişdir.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.