Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-11-05
Vətəndaşa vurulmuş ziyan istintaq dövründə ödənilmişdir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Grand Motors” MMC-nin vəzifəli şəxsi tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır.

İstintaq zamanı cəmiyyətin vəzifəli şəxsi Samir İbadullayevin qulluq mövqeyindən sui-istifadə etməklə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakininin “Grand Motors” MMC-dən lizinq yolu ilə aldığı avtomaşınlara görə 176 min 450 manat məbləğində ödədiyi vəsaitin 120 min 150 manatını sonuncunun adına cəmiyyətin mühasibatlığında açılmış hesaba mədaxil etməyərək ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilmişdir.

İstintaq dövründə dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunmuşdur.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.