Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-01-24
Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanmışdır
    Yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ  rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi "Aztelekom" İstehsalat Birliyinə məxsus "Honda-Accord"  markalı 10-PD-199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

     Hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

     Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.

     Müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisinin deputatları Aydın  Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olmuşlar.

     Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.