Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2013-01-24
Avtodayanacağın tikintisi zamanı təhlükəsizlik qaydalarının pozulması ölümlə nəticələnmişdir

Yanvarın 23-də saat 03 radələrində Bakı şəhəri, Nobel prospekti 15 saylı ünvanda “Azure-Parkinq” şirkəti tərəfindən inşa edilən avtodayanacağın tikintisi zamanı daş hasarın uçması nəticəsində 1983-cü il təvəllüdlü Alıyev Firqət İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Dadaşov Samir Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü Hacıyev Nicat Əlibala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1978-ci il təvəllüdlü Qurbanov Ələsgər Arif oğlu isə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə ölmüşdür. 

Xətai rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir. 

Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.