Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-10-22
Cinayət işinin istintaqı tamamlanmaq üzrədir

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi və aldığı xəsarətlərdən orada ölməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə guya istintaq hərəkətlərinin aparılmaması və məhkəmə-tibb ekspertizası rəylərinin istintaqa təqdim edilməməsi barədə məlumatlar dərc edilmişdir.

Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə bağlı bildiririk ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması və digər zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi təmin edilmişdir.

Təyin edilmiş çoxsaylı ekspertiza rəyləri, o cümlədən məhkəmə-tibb ekspertizası rəyləri oktyabrın 20-də istintaqa təqdim edilmişdir. Hazırda təqsirləndirilən şəxslərin ekspertiza rəyləri ilə tanış edilməsi prosesi davam etdirilir. İstintaqın tamamlanması, zərəçəkmiş şəxsin hüquqi varisinin ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tanış olmaları qısa müddətdə təmin ediləcəkdir.