Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-12-04
Şabran şəhərində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanmışdır

Dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı  avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir.

Faktla bağlı  Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.