Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-12-19
Baş prokuror vətəndaşları on-line rejimində qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Lənkəran rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Lənkəran, Astara və Lerik rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirmişdir.

Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda Baş prokuror 14 vətəndaşın şikayətlərini dinləyərək müraciətlərində qaldırdıqları məsələləri xüsusi nəzarətə götürməklə, həmin müraciətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər vermişdir.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapmışdır.