Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2014-12-30
Baş Prokurorluğun əməkdaşları məcburi köçkünlərə bayram sovqatı çatdırıblar

Dekabrın 30-da Baş Prokurorluğun kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 21 min 700 manat məbləğində ərzaq yardımı göstərib.

Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərinin “Meşəçilik institutu” deyilən ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə tanış olublar.

Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət münaqişənin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.

Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident cənab İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini yekdilliklə dəstəklədiklərini bildiriblər.