Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-10-28
Avstraliya Parlamentinin üzvləri Baş Prokurorluqda olmuşlar

Oktyabrın 28-də Azərbaycan Respublikası Baş prokurorunun brinci müavini Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkiləri izləmək məqsədi ilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

R.Usubov qonaqlara ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlər, keçiriləcək parlament seçkiləri ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Görüşdə vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə bağlı müzakirələr aparılmış, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.