Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2015-10-29
MDB-nin Müşahidə Missiyası Qərargahının rəhbəri Baş prokurorun birinci müavini ilə görüşmüşdür

Oktyabrın 29-da Baş prokurorun birinci müavini Rüstəm Usubov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda ilə görüşmüşdür.

Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan R.Usubov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

Y.Sloboda ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq seçkilərin normal keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, ötən illərlə müqayisədə dairə seçki komissiyalarının üzvlərinin peşəkarlıqlarının daha da artdığının şahidi olduğunu xüsusi qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.