Sayt üzrə axtarış















Əsas səhifə / XƏBƏRLƏR

2020-07-31
Suraxanı rayon prokurorluğunun M Ə L U M A T I

Suraxanı rayonu ərazisində 1976-cı il təvəllüdlü İlkin Həsənovun yaşadığı evdə öldürülməsi barədə iyulun 30-da məlumat daxil olmuşdur.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaqla 1967-ci il təvəllüdlü Məhəmməd Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin Həsənova çoxsaylı bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Məhəmməd Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.