Sayt üzrə axtarış















Əsas səhifə / XƏBƏRLƏR

2020-06-05
Sabunçu rayon prokurorluğunun M Ə L U M A T I

İyunun 4-də saat 21 radələrində paytaxtın Sabunçu qəsəbə sakini 1990-cı il təvəllüdlü Günel Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmişdir.

G.Babayevanın hadisə yerində olan şəxslərin köməkliyi ilə vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində həyatını xilas etmək mümkün olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1986-cı il təvəllüdlü Ramiq Dadaşovun yaşadıqları evdə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

R.Dadaşov könüllü gələrək cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdır.

R.Dadaşov şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf etmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir