Sayt üzrə axtarış















Əsas səhifə / XƏBƏRLƏR

2020-01-16
Azərbaycan Respublikası Baş Prokurorluğunun Tender elanı

Azərbaycan Respublikası Baş Prokurorluğu 2020-ci ildə inventarların, mal-materialların, avadanlıqların, iş və xidmətlərin satınalınması ilə əlaqədar açıq tender elan edir.


Tender 7(yeddi) lot üzrə keçirilir:
Lot – 1. Dəftərxana ləvazimatlarının satınalınması ;
Lot – 2. Təsərrüfat mallarının satınalınması ;
Lot – 3 . Ofis və kabinet mebellərinin satınalınması.
Lot – 4. Avadanlıqların satınalınması ;
Lot – 5 . Tikinti materiallarının satınalınması.
Lot – 6 . Katriclərin satınalınması ;
Lot – 7 . Geyim formasının satınalınması; 


Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.Malların təchiz olunma müddəti - il ərzində


Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maliyyə vəziyyəti


Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.


Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7 ünvandan (Əlaqələndirici şəxs: Mikayılov İmran Mirzəağa oğlu, telefon: 492-93-79) ala bilərlər.

 

 

Təşkilat: Azərbaycan Respublikası Baş Prokurorluğu;
VÖEN 1700354471
H/h:AZ11CTRE00000000000003118570 VÖEN: 1700986181
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005; VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22
Budcə təsnifatının kodu142340;
büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müracət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü
qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin
açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları
tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son üç ildəki müvafiq işlər üzrə fəaliyyəti haqqında müəssisə tərəfindən təsdiq olunmuş arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan
keçdiyi ölkə və rekvizitləri;
müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;


Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).Tender proseduru «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender
təklifi və bank zəmanəti istisna olmaqla) 26 fevral 2020-ci il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 06 mart 2020-ci il saat 17.00-a qədər, Azərbaycan Respublikasının Baş prokurorluğuna (ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi-7) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 10 mart 2020-ci il tarixdə, saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.