Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-07-17
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun M Ə L U M A T I

Suraxanı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxs naməlum markalı avtomobillə yolu keçmək istəyən piyada 1948-ci il təvəllüdlü Şüküfə Qurbanovanı vuraraq hadisə yerindən qaçması, sonuncunun  aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Opel” markalı 99-DG-961 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərli Bəhruz Rafayıl oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.