Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-04-19
Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar prokurorluq işçilərinin müraciətləri davam edir

Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun 9 aprel 2019-cu il tarixli sərəncamı ilə Müsabiqə Komissiyası yaradılmış və 12 aprel 2019-cu il tarixdə həmin vəzifələrə təyinatlarla əlaqədar prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 35-dən aşağı olan prokurorluq işçilərinin iştirak etmələri üçün müsabiqə elan edilmişdir.

Həmin müsabiqədə iştirak etmək üçün prokurorluq işçiləri 30 aprel 2019-cu il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.