Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-04-12
Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar müsabiqə elan edilir

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində respublikamızda qanunun aliliyi təmin edilməklə, ədalət mühakiməsinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.

Ölkədə insan hüquqlarının daha etibarlı təmin olunması, hüquq institutlarının möhkəmləndirilməsi, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar aparılan davamlı məhkəmə hüquq islahatları bu sahədə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkilini, habelə insan hüquq və azadlıqların, ictimai maraqların yüksək peşəkarlıq səviyyəsində müdafiə olunmasını zəruri edir.

Cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 9 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən sərəncam imzalanaraq, Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınmış və komissiya yaradılmışdır.

Həmin sərəncama uyğun olaraq Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə şöbənin 2 böyük prokuror və 23 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.

Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 35-dən aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün 19 aprel 2019-cu il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.