Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-03-06
İki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilmişdir

Martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan və iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin  263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi “Hyundaı Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Martın 5-də R.Cavadova Cinayət  Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.