Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-08-29
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan olunmuş müsabiqəyə yekun vurulmuşdur

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq prokurorluq orqanlarına  işə qəbul olunmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqəyə yekun vurulmuşdur.

Gənc hüquqşünasların prokurorluq orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir. Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 65 faizini təşkil edir.

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 96 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2018-ci il avqustun 13-dən 21-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilmişdir.

Müsabiqənin nəticələrinə görə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyənləşdirilmiş keçid balını toplamış 86 namizəd 30 avqust 2018-ci il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və «Qəbul otağı»nda yerləşdirilmişdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

 

 

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin

nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin

 

S İ Y A H I S I

 

  1. Abbasbəyli Orxan Tahir oğlu
  2. Abbasov Səyyad Pənah oğlu
  3. Abdullayev Şəhram Şahin oğlu
  4. Ağayev Kamran Elşad oğlu
  5. Babayev Rəsul Elxan oğlu
  6. Babazadə İlkin Qorxmaz oğlu
  7. Bayramlı Murad Qənbər oğlu
  8. Binnətov Kənan Firdusi oğlu
  9. Cabbarlı Mirsəddam Abusət oğlu
  10. Cəfərli Kənan Qarakişi oğlu
  11. Duşdurov Orxan Bəhrəm oğlu
  12. Eldarov İlkin Telman oğlu
  13. Əhmədov Fərid Oqtay oğlu
  14. Əlişzadə Tamara Fəzail qızı
  15. Əliyev Babək Xıdır oğlu
  16. Əliyev Murad Tofiq oğlu
  17. Əliyeva Mələk Vasif qızı
  18. Əli-zadə Aqil İlqar oğlu
  19. Əlizadə Aqşin Füzuli oğlu
  20. Əmirov Natiq Akif oğlu
  21. Əzimli Elxan Əkbər oğlu
  22. Əzimli Fərrux Rafiq oğlu
  23. Əzimli Xudabənd Elman oğlu
  24. Əzizli Ziya Həzi oğlu
  25. Göyüşov Bəxtiyar Mehralı oğlu
  26. Hacıxəlilov Vasif Azad oğlu
  27. Həsənov Elçin Təhmiraz oğlu
  28. Həsənov Əhməd Yelmar oğlu
  29. Həsənov Seymur Rəhim oğlu
  30. Hüseynli Nicat Aydın oğlu
  31. Hüseynov Fuad Nəcəf oğlu
  32. Hüseynov Həmid Fariz oğlu
  33. Xanlarzadə Xanlar Mehti oğlu
  34. Xəlilov Nihad Elxan oğlu
  35. İbrahimli Nəriman Tohit oğlu
  36. İbrahimov İbrahim Elçin oğlu
  37. İmanlı Cavid Oruc oğlu
  38. İsayev Vüqar Nurəddin oğlu
  39. İsmayılzadə Emin Xəyyam oğlu
  40. Kamilli Kamil Adil oğlu
  41. Kazımov Elvin Elşən oğlu
  42. Kərimov Tərlan Şəmsi oğlu
  43. Qarakişiyev Fərid Qara oğlu
  44. Qasımov Rəşad Akif oğlu
  45. Qədirli Bəhruz Adil oğlu
  46. Quliyev Vüqar Nazim oğlu
  47. Quluzadə Rəsul Qalib oğlu
  48. Qurbanov İlkin Qurban oğlu
  49. Qüdrətli Nihad Ədalət oğlu
  50. Mehdizadə Yusif Arif oğlu
  51. Mehmanlı Həmid Əli oğlu
  52. Məmmədli Hacı Əliheydər oğlu
  53. Məmmədli Yasin Bayram oğlu
  54. Məmmədov Nahid Əlicabbar oğlu
  55. Məmmədov Səbuhi İlham oğlu
  56. Məmmədov Vüsal Sadət oğlu
  57. Məmmədyarov Akif Mahir oğlu
  58. Məmmədzadə Mikayıl Maarif oğlu
  59. Məmmədzadə Səbinə Adil qızı
  60. Məmmədzadə Vüqar Elbrus oğlu
  61. Mikayılov Mehman Rasim oğlu
  62. Mirzəyev Bəxtiyar Araz oğlu
  63. Mirzəyeva Turan Bayram qızı
  64. Mövsümov Teymur Nazim oğlu
  65. Musayev Vüsal Əli oğlu
  66. Mürsəlov Tural Yavər oğlu
  67. Mütəllimzadə Seymur Sabir oğlu
  68. Nəcəfov Aydın Fuad oğlu
  69. Nəsirli Nicat Rauf oğlu
  70. Nəsrullayev Fərdi Eynulla oğlu
  71. Novruzlu Pərviz Əli oğlu
  72. Nuriyev Fərid Nurməmməd oğlu
  73. Orucov Elşən Elşar oğlu
  74. Paşayev Anar Əlövsət oğlu
  75. Pənahlı Emin Alı oğlu
  76. Rüstəmzadə Fərid Mübariz oğlu
  77. Sadıxov Samir Kamran oğlu
  78. Sadıqov Ehtiram Atamalı oğlu
  79. Səlimzadə Xəzər Hümbət oğlu
  80. Süleymanov Vüsal İlqar oğlu
  81. Şamxayzadə Xəyal Xəqani oğlu
  82. Verdiyev Hikmət Siyavuş oğlu
  83. Yaqubov Amil Fərhad oğlu
  84. Zeynalov Elmir Fuad oğlu
  85. Zülfüqarlı İlham Yusif oğlu
  86. Zülfüqarlı Toğrul Faiq oğlu