Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-07-27
Əmək mühafizəsi qaydalarının pozulmasına görə cinayət işi başlanmışdır

İyulun 25-də, saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilmiş və iyulun 26-da orada vəfat etmişdir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.