Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-07-14
Bakı şəhər prokurorluğunun M Ə L U M A T I

İyulun 13-də paytaxtın Xətai rayonu, X.Məmmədov küçəsi, 18 saylı ünvanda 16 mərtəbəli binanın liftinin 1-ci mərtəbəyə düşməsi nəticəsində sərnişinlərin xəsarət alması faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, binanın 3-cü girişində quraşdırılmış sərnişin lifti aşağı istiqamətdə hərəkətdə olarkən 5-ci mərətəbədən başlayaraq surətlə 1-ci mərtəbəyə düşmüşdür.

Hadisə nəticəsində ölüm və ciddi xəsarət alma halları baş verməmişdir.

Hazırda iş üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.