Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-06-28
Yol nəqliyyat hadisəsi yerindən qaçan sürücü tutulmuşdur

 

Zaqatala rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Belə ki, iyunun 27-də saat 03 radələrində Zaqatala rayon sakini Güloğlan Alxazov sərxoş halda idarə etdiyi “VAZ 2106” markalı, 55 BC 910 dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuş, nəticədə avtomobildə olan sərnişin Uluxan Məmmədov hadisə yerində vəfat etmiş, digər sərnişin Fəridə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda və nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi  başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış tədbirlər nəticəsində G.Alxazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.