Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-04-17
“İzvestiya” qəzetində ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatla əlaqədar Rusiyanın Baş prokuroruna müraciət ünvanlamışdır

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov “İzvestiya” qəzetinin “İz.ru” informasiya portalının redaksiyası tərəfindən 16 aprel 2018-ci il tarixdə həmin portalda yayılmış məlumatda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağı və digər şüarların nümayiş etdirilməsi ilə əlaqədar Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edilmişdir.

Müraciətdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətlər qəti şəkildə pislənərək, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribatın ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə obyektiv və ədalətli şəkildə araşdırma aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunmuşdur.