Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-03-29
ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Baş Prokurorluqda olmuşdur

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov martın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Korin Yonkerlə görüşmüşdür.

Ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Baş prokuror seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxirəsalınmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığını xüsusi qeyd etmişdir.

Korin Yonker səmimi qəbula görə minnətdarlığını ifadə edərək,  seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat vermiş, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığına önəm verəcəyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.