Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-03-16
Hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsi müzakirə edilmişdir

Martın 15-də Bakı şəhərində Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasına dair qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Prokurorluq və ədliyyə işçilərinin, məhkəmə hakimlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldığı tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olmasını vurğulayaraq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə çoxsaylı institusional və qanunvericilik islahatlarının keçirildiyi bildirilmişdir.

Layihə çərçivəsində fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış hakimlərin toxunulmazlığının məhdudlaşdırılmasını nəzərdə tutan “Məhkəmələr və hakimlər haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı qanun layihəsi iştirakçıların diqqətinə çatdırılmışdır. Qanun layihəsinə dair rəy və təkliflər ətrafında fikir mübadiləsi aparılmaqla müxtəlif qurumların nümayəndələrini maraqlandıran suallar Avropa İttifaqının ekspertləri tərəfindən cavablandırılmışdır.

Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar paylanılmışdır.