Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-01-26
Hadisə yerindən qaçan sürücü tutulmuşdur

Salyan rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Belə ki, yanvarın 5-də saat 21 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq 1982-ci il təvəllüdlü Rəşad Xanəliyevi vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, ekspertizalar təyin edilmiş və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-2107” markalı, 90 VK 615 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliyev Elxan Nəriman oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.