Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-01-05
Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur

Polis və prokurorluq əməkdaşları tərəfindən Şirvan şəhərində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Yanvarın 3-də saat 07 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən  piyada Nüşabə Xəlilovanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada vəfat etməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış tədbirlər nəticəsində yol nəqliyyat hadisəsinin “Mitsubishi L 200” markalı 90 CF 054 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1975-ci il təvəllüdlü, Sabirabad rayon sakini Abbasov Emin Sabir oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilmişdir.

E.Abbasov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.