Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-12-06
İki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulmuşdur

Dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyunday County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurmuş, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişlər.

 Fakta görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən müvafiq ekspertizalar təyin edilmişdir.

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

 Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.