Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-10-26
Tacikistanın Azərbaycandakı səfiri Baş Prokurorluqda olmuşdur

Oktyabrın 26-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Tacikistan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşmüşdür.

 Görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hüquqi əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanmışdır. Baş prokuror bildirmişdir ki, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Emoməli Rəhmonun ciddi səyləri nəticəsində Azərbaycan-Tacikistan əlaqələri günü gündən inkişaf edir və  əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

 Səmimi qəbula görə təşəkkürünü ifadə edən səfir R.Soliyev iki dövlət arasında əlaqələrin regionda sülhə və tərəqqiyə xidmət etdiyini və əlaqələrin inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.

 Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.