Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-08-18
İnternet saytlarının rəhbərlərinə xəbərdarlıq edilmişdir

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılmışdır.

Bununla əlaqədar həmin saytların baş redaktorları Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilmişlər.