Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-08-13
Hadisə yerindən qaçan sürücü həbs edilmişdir

Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulmuşdur.

Avqustun 12-də Şəmkir rayon Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Elmar Malik oğlu nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-2121” markalı, 10-MO-474 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Düzqışlaq kəndi ərazisində yol kənarında duran, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Qasımova Ella Namiq qızını vuraraq hadisə yerindən qaçmışdır. Nəticədə sonuncu aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda vəfat etmişdir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma  eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Rayonun polis və prokurorluq əməkdaşları  tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan E.Qasımov tutularaq istintaqa cəlb edilmişdir. Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.