Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-07-31
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verilmişdir

Xəbər verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib alması ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məhkəmənin 24 iyul 2017-ci il tarixli hökmü ilə H.Həsənov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən H.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi barədə apellyasiya protesti verilmişdir.